II Respublika muğam müsabiqəsi start götürdü
Lent.az-ın məlumatına görə, mərasimdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva və təhsil nazirinin müavini Elmar Qasımov çıxış edərək II Beynəlxalq Muğam Festivalı barədə məlumat veriblər. Qeyd ediblər ki, II Respublika muğam müsabiqəsinin üç qalibi Azərbaycanı müvafiq festivalda təmsil edəcək.
Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi bildirib ki, müsabiqəyə qatılan 40 iştirakçıdan 18-i ilkin mərhələyə keçib. Bu gün keçirilən ilk mərhələdə onlar ifalarına görə seçiləcəklər. Ən güclü iştirakçılar növbəti mərhələdə mübarizə aparacaqlar. Üç qalib ifaçı isə fevralın 24-də müəyyənləşəcək. Həmin gün qaliblər mükafatlandırılacaq və festivalın bağlanış mərasimi olacaq.
Çıxışlardan sonra püşkatma keçirilib. Müvafiq olaraq 18 iştirakçı öz ifasını təqdim edib.
Qeyd edək ki, iştirakçıları peşəkar münsiflər heyəti müəyyənləşdirəcək. Siyavuş Kəriminin rəhbərlik etdiyi münsiflər sırasında xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ramiz Zöhrabov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova və Zabit Nəbizadə var.
Xəyalə

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06