Nəzakət Teymurova “Əzizinəm Qarabağ” deyəcək
Azərbaycanın xalq artisti, Opera və Balet Teatrının solisti Nəzakət Teymurovanın növbəti “Əzizinəm Qarabağ” adlı konsert proqramı dekabrın 19-də Heydər Əliyev adına Sarayda keçiriləcək. Lent.az-ın məlumatına görə, 2 hissəli konsertdə xanəndə xanımı “Xarı bülbül” muğam qrupu və Qara Qarayev adına Kamera Orkestri müşayiət edəcək. “Xarı bulbül” muğam qrupunun rəhbəri Əliağa Sədiyevin məlumatına görə, N.Teymurova birinci hissədə muğamları səsləndirəcək. İkinci hissədə isə ən qədim xalq və bəstəkar mahnıları, filmlərdən musiqilər ifa ediləcək. Konsertin adına uyğun olaraq xalq artisti “Qarabağ şikəstəsi”ni ifa edəcək:
“Birinci hissə “Xarı bülbül” qrupunun, ikinci hissə isə qrupla Kamera Orkestrinin müşayiəti ilə keçiriləcək. Orkestrə dirijorluğu xalq artisti Teymur Göyçəyev edir. İkinci hissənin proqramını bəstəkar-pianoçu Ceyhun Allahverdiyev işləyib”.
Xatırladaq ki, bu, Nəzakət Teymurovanın sayca Bakıda verdiyi 3-cü konserti olacaq. Onun ilk konserti 2002-ci ildə Opera və Balet Teatrında keçirilib. İkinci konsert isə 2 il sonra Azərbaycan Dövlət Filarmoniyasında baş tutub.
Lalə Yusifqızı

Oxşar yazılar

Qadın hiyləsi haqqında 10 sitat
14 iyul 2025 , 18:35
Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO
14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO
14 iyul 2025 , 14:49Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21