Azərbaycan musiqiçiləri Londonun “Elizabet holl” sarayında
Bu həftənin ilk günü İngiltərəyə səfər edən bir qrup Azərbaycan musiqiçiləri müxtəlif şəhərlərdə silsilə konsertlərlə çıxış edirlər. Azərbaycan Milli Konservatoriyasının məzunu, Beynəlxalq Muğam Müsabiqəsinin iştirakçısı Qoçaq Əsgərov Londondan telefon açaraq, səfər təəssüratlarını Lent.az-la bölüşüb. Xanəndə bu günə kimi İngiltərənin bir neçə şəhərində çıxış etdiklərini bildirib. Onların ən uğurlu çıxışlarından biri Londonun “Elizabet holl” konsert məkanında gerçəkləşib.
Qeyd edək ki, böyük nüfuzu ilə seçilən konsert məkanında mötəbər konsertlər təşkil edilir. Həmin konsert məkanında bu günə kimi Azərbaycanlı musiqiçilərdən dünyaca məşhur Əzizə Mustafazadə və Alim Qasımov çıxış ediblər. Onların rekordunu isə muğam və aşıq musiqisinin ifaçıları təzələyiblər. Qoçaq Əsgərovun əlavəsinə görə, böyük tamaşaçı tutumu olan konsert zalında onun ifasında “Bayatı-şiraz” muğamı dəsgah şəklində səslənib. Xanəndə eyni zamanda “Sarı gəlin”, “Qaragilə” xalq mahnılarını ifa edib. Onu tarda əməkdar artist Malik Mansurov və kamançada Elnur Mikayılov müşayiət ediblər. Xanəndənin çıxışından sonra səhnəni 4 aşığımız paylaşıb. Musiqiçilərin ifası böyük maraqla qarşılanıb. Lakin “Elizabet holl” sarayının şərtlərinə görə, həmin çıxışları geniş şəkildə lentə köçürmək mümkün olmayıb.
Qeyd edək ki, Azərbaycan musiqiçiləri ilə yanaşı, səfərdə YUNESKO-nun eksperti Sənubər Bağırova da iştirak edir. Musiqiçilərə böyük dəstək göstərən Sənubər xanım onlarla birlikdə İngiltərənin bir sıra şəhərlərinə səfər edib. Musiqiçi xanım konsert proqramının noyabrın 13-də də davam edəcəyini bildirdi. Musiqiçilər səfərləri haqqında mətbuata gələn həftə heniş açıqlama verəcəyini bildirdilər.
Xatırladaq ki, konsertlərin təşkilində “BBC” radiosunun İngiltərə bölməsi də yaxından dəstək göstəib.
Lalə Yusifqızı

Oxşar yazılar

Səttar Bəhlulzadə kimin üzünə tüpürdü? - Məşhurlardan GÜLMƏCƏLƏR
6 iyul 2022 , 16:57
Tamara Sinyavskayanın Müslüm Maqomayevsiz həyatı - İndi nə edir?
6 iyul 2022 , 09:09
Xanımı onu başqa kişiylə görüb intihar etdi, evtanaziya ilə gündəmə gəldi, sağ ikən "öldü" - BİR ULDUZ AXDI
5 iyul 2022 , 18:21
Məşhur rejissor ikinci dəfə ata oldu - FOTO
5 iyul 2022 , 16:02
Bu sözləri lənkəranlılardan eşidəndə çaşmayın - Bizim ellər
5 iyul 2022 , 14:09
Cüneyt Arkının 300 arvadı varmış?
5 iyul 2022 , 12:56"Gəlin 40 kişinin arasından keçib getməli deyil" - MÜSAHİBƏ
4 iyul 2022 , 17:15