Qız qalasının baxış meydançası bağlanıb
Bir həftəyə yaxındır ki, Qız qalasının baxış meydançası bağlanıb. Yerli və xarici turistlərin qalanın yuxarı hissəsinə çıxmasına icazə verilmir.
Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətinin rəhbəri Rahib Azəri Lent.az-a deyib ki, bu qadağalar müvəqqəti xarakter daşıyır və qalada təhlükəsizlik tədbirləri başa çatandan sonra hər şey əvvəlki qaydasında davam edəcək. “Ziyarətçilər yalnız baxış meydançasına, yəni qalanın başına buraxılmır. Bu isə mühafizə tədbirləri ilə bağlıdır və bu tədbirlər başa çatandan sonra ziyarətçilər qalanın yuxarısına da qalxa biləcəklər”.
Mətbuat xidmətinin rəhbəri son günlər qalaya girişə icazə verilməməsi və qalanın başında şüşədən günbəz formasında mühafizə örtüyünün çəkiləcəyi barədə xəbərləri təkzib edib. Onun sözlərinə görə, hazırda qalanın bütün mərtəbələri giriş-çıxış üçün tam sərbəstdir: “Düzdür, mühafizə tədbirləri gücləndiriləcək. Ancaq qalının başında günbəzin qoyulacağı barədə deyilənlər şaiyədir”.
Rahib Azəri mühafizə tədbirlərinin nə vaxt başa çatacağı, baxış meydançasına girişə nə vaxt icazə veriləcəyi barədə sualları cavablandırmaqda çətinlik çəkdiyini söyləyib.
Elxan SALAHOV

Oxşar yazılar

Bu Mərkəz Qarabağda muğamın şöhrətini bərpa edəcək-FOTO
11 may 2025 , 11:43
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olundu
10 may 2025 , 14:06
Xərçəng diaqnozu dünyaca məşhur rok qrupunun planlarını dəyişdi: tur təxirə salındı
9 may 2025 , 13:19
Selin Dion "Eurovision" səhnəsində çıxış edə bilər
8 may 2025 , 19:33
Prezidentdən Ramiz Rövşənlə bağlı SƏRƏNCAM
8 may 2025 , 16:30
Əhvalınızı yaxşılaşdıracaq 6 film - VİDEO
8 may 2025 , 16:04
Qızımın musiqidə də, həyatda da bəxti yoxdur - Xalq artisti Şəfiqə Eyvazova
8 may 2025 , 15:37