
Gənc Tamaşaçılar Teatrı festivaldan qayıdıb
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Şövqi Hüseynov Belarusun Brest şəhərində keçirilən ənənəvi XV “Belaya Veja” Beynəlxalq Teatr Festivalından qayıdıb. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 15-16 ölkənin təmsil olunduğu festivala Hindistan və Pakistan bu il ilk dəfə olaraq qatılıb. Festival müddətində gün ərzində 4-5 tamaşa göstərilib və ertəsi gün səhər göstərilən tamaşaların müzakirəsi keçirilib. Bu müzakirələrə münsiflər heyəti və iştirak edən hər kəs qoşulub. Münsiflər heyətinə isə Moskva, İtaliya, Belarusun məşhur teatrşünasları daxil olub.
Şövqü Hüseynov festivalda Patrik Zyüskindin “Kontrabas” mono-tamaşası ilə çıxış edib. Gənc Tamaşaçılar Teatrının bu tamaşası festivalın “ən yaxşı mono-tamaşa” mükafatına layiq görülüb.
Xəyalə
Şövqü Hüseynov festivalda Patrik Zyüskindin “Kontrabas” mono-tamaşası ilə çıxış edib. Gənc Tamaşaçılar Teatrının bu tamaşası festivalın “ən yaxşı mono-tamaşa” mükafatına layiq görülüb.
Xəyalə
Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11