“Azərbaycan rəssamlarının avtoportretləri” – FOTOLENT
Sentyabrın 21-də Muzey Mərkəzində “Azərbaycan rəssamlarının avtoportretləri” adlı sərginin açılış mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, sərgini giriş sözü ilə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev açaraq, son 20 ildə Azərbaycanda belə bir sərginin ilk dəfə keçirildiyini bildirib: “Zaman-zaman Azərbaycan rəssamları bir-birindən maraqlı avtoportret əsərləri yaradıblar. Vaxtaşırı keçirilən sərgilərdə bu əsərlər qismən nümayiş etdirilsə də, onların böyük bir hissəsi uzun illər rəssamların emalatxanalarında saxlanılıb, sərgilərə çıxarılmayıb. Portret, mənzərə, tarixi, batal, natürmort və məişət janrlarında yaradılmış əsərlər sənətsevərlərə daha tez-tez təqdim edilib. Tematik avtoportret sərgisi isə keçirilməyib. Bu sərgini keçirməkdə əsas məqsədimiz də məhz Azərbaycan rəssamlarının yaradıcılığının təbliği və avtoportret əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim edilməsidir”.
Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov qeyd edib ki, sərgidə Azərbaycan rəssamlarının Dövlət Rəsm Qalereyası və Dövlət İncəsənət Muzeyində saxlanılan avtoportret əsərləri ilə yanaşı, digər rəssamların da avtoportret əsərləri nümayiş etdirilib.
Sərgidə Toğrul Nərimanbəyov, Altay Hacıyev, Arif Hüseynov, Çingiz Fərzəlibəyov, Bəyim Hacızadə, Əskər Əskərov, Fərhad Yalquzaq, Məmməd Rəşidov, Elay Məmmədovun və digır rəssamların 160-a qədər əsəri sərgilənib.
“Azərbaycan rəssamlarının avtoportretləri” sərgisi sentyabrın 25-dək davam edəcək.
Xəyalə

Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11