Respublika Uşaq Kitabxanası yeni binaya köçüb
20 sentyabr 2010 19:42 (UTC +04:00)

Respublika Uşaq Kitabxanası yeni binaya köçüb

Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, kitabxana müasir səviyyədə təmir olunub, inventar və avadanlıqlarla təchiz edilib. “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq yeni binaya köçürülmüş kitabxanada nağıl otaqları, incəsənət otağı, böyük və kiçik oxu zalları, elektron resurslar bölməsi, multimedia, internet-resurs mərkəzləri yaradılıb.

Kitabxananın yeni binasının açılış mərasimi sentyabrın 21-də keçiriləcək.

Qeyd edək ki, F. Köçərli adına Respublika Uşaq Kitabxanası 1965-ci il 1 yanvar tarixində Mədəniyyət Nazirliyinin qərarı ilə yaradılıb. Kitabxananın 250 minə yaxın kitab fondu, 19 min 519 nəfər oxucusu var. Kitabxananın 3 filialı Bakının müxtəlif rayonlarında fəaliyyət göstərir. Respublika əhəmiyyətli kitabxana kimi, Mədəniyyət və Turizm Nazirliyi sisteminə daxil olan uşaq kitabxanalarına metodik mərkəz funksiyasını həyata keçirir.

Xəyalə
# 2867

Oxşar yazılar