Məşədi İbad və 28 marionet eyni səhnəni paylaşdı
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 79-cu mövsümünü açıq elan edib. Teatr mövsümü dahi bəstəkar Üzeyir Hacıbəylinin 125 illik yubileyi münasibətilə “O olmasın, bu olsun” tamaşasının premyerası ilə start götürüb. Lent.az-ın məlumatına görə, komediya Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında səhnələşdirilib.
Böyük maraqla qarşılanan tamaşanın nümayişində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib. Tamaşadan əvvəl jurnalistlərə açıqlama verən Məşədi İbad obrazının ifaçısı, xalq artisti Yaşar Nuri bildirib ki, tamaşanın məşqlərinə bir ilə yaxın vaxt sərf olunub: “Bu obrazı Kukla teatrının səhnəsində oynamaq çoxdankı arzum idi. İnanıram ki, bu yeni layihə tamaşaçıların ürəyincə olacaq”.
Qeyd edək ki, marionetlərlə tamam fərqli quruluşda səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Lətifə Quluzadədir. Əsas rolu – Məşədi İbad obrazını Akademik Dram Teatrının aktyoru, xalq artisti Yaşar Nuri yaradıb. Digər rollarda isə Kukla Teatrının öz aktyorları iştirak edir. Tamaşada istifadə olunan 28 marionet isə Sankt-Peterburqun kukla ustası, “Qızıl maska” mükafatının qalibi Tatyana Melnikova tərəfindən hazırlanıb.
Xəyalə

Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11