Beynəlxalq Musiqi Festivalına start verildi
18 sentyabr 2010 20:00 (UTC +04:00)

Beynəlxalq Musiqi Festivalına start verildi

Lent.az-ın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bəstəkarın çoxşaxəli həyat və yaradıcılığından danışıb. Nazir qeyd edib ki, bəstəkarın 12 yaşında qələmə aldığı “Leyli və Məcnun” Şərqdə opera sənətinin parlaq nümunəsidir: “Üzeyir Hacıbəylinin şah əsəri “Koroğlu” operası, “O olmasın bu olsun”, “Arşın mal alan” musiqili komediyaları milli musiqi mədəniyyətinin kamil örnəkləri kimi bu gün də beynəlxalq aləmdə uğurla nümayiş etdirilir. Bəstəkarın xalqımıza bəxş etdiyi irsi ölməz və əbədidir. Onun əsərləri Qızıl Fonda daxil olub”.



Ə.Qarayev bildirib ki, festivala bu gündən start verilir. Bu il festivalda Almaniya, Rusiya, Türkiyə, Hollandiya, İsveçrə, Sinqapur və Azərbaycanın musiqi ifaçıları, musiqi kollektivləri çıxış edəcək.

Üzeyir Hacıbəylinin “Koroğlu” uvertürası ilə start götürən tədbirdə bəstəkarın həyat və yaradıcılığını əks etdirən foto-slayd nümayiş etdirilib. Daha sonra “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqi komediyalarından kiçik hissələr təqdim edilib.


Tədbir “Koroğlu” operasını finalı ilə başa çatıb.
Qeyd edək ki, festival sentyabrın 28-dək davam edəcək.

Xəyalə Muradlı
# 783

Oxşar yazılar