Azərbaycan Beynəlxalq “Xoca Nəsrəddin” müsabiqəsində
Mərasim oktyabr ayının ortalarında Türkiyədə keçiriləcək. Müxtəlif ölkə karikaturaçılarının qatılacağı tədbirə Azərbaycan Karikaturaçılar Birliyinin sədri Bayram Hacızadə də dəvət alıb.
Bayram Hacızadənin Lent.az-a verdiyi məlumata görə, yubiley tədbirində 50-yə yaxın ölkənin təmsilçisi iştirak edəcək. Mərasim zamanı təmsilçilərin əsərləri də sərgilənəcək. Karikaturaların hamısı “Xoca Nəsrəddin – dünən və bu gün” mövzusunda olacaq: “Artıq bu mövzuya həsr olunmuş 2 əsərimi müsabiqə təşkilatçılarına göndərmişəm. Belə bir tədbirdə iştirak etmək Azərbaycan karikatura sənətinin uğuru sayılır. Bir neçə il əvvəl Azərbaycana belə tədbirlərdən dəvət gəlmirdi. Amma son illər özümüzü yada sala bilmişik. Əsas məqam da elə budur. O ki qaldı tədbirə, çox yüksək səviyyədə bir mərasim olacaq. Çünki bu “Xoca Nəsrəddin” dünyada ən uzunmüddətli karikatura müsabiqələrindən biri sayılır. Tədbir Türkiyənin rəsmi dairələrinin, dövlət adamlarının, dünyanın müxtəlif ölkələrinin sənət adamlarının iştirakı ilə düzənlənəcək. Ölkəmizi orada layiqincə təmsil etmək üçün əlimdən gələni əsirgəməyəcəm”.
Xəyalə Muradlı

Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27