Fuad Dadaşov: “Bu, böyük uğur idi...” - FOTO
“Ötən həftə sonu İsveçin paytaxtı Stokholmda keçirilən möhtəşəm bayram konsertindəki çıxışım böyük bir uğur idi”. Bunu Lent.az-a açıqlamasında müğənni-rejissor Fuad Dadaşov deyib. O, bildirib ki, ifa etdiyi “Kür Çayı” kompozisiyası dünya azərbaycanlılarına ithaf edilmişdi və qısa zamanda soydaşlarımız arasında sevilib. Bakı və Moskvadan sonra bu əsər Avropada ilk dəfə İsveç səhnəsində təqdim edilib.
Müğənni bildirib ki, ifa etdiyi “Təbrizim” və Müslim Maqomayevin repertuarından olan “Azərbaycan” mahnıları da vətənpərvərlik əhval-ruhiyyəli gecədə gur alqışlarla qarşılanıb. 480 nəfərlik konsert zalındakı publika bu mövzuya necə ehtiyac duyduğunu ayaq üstə alqışlarla sübut edib.
Qeyd edək ki, İsveçin Stokholm şəhərində keçirilən konsertdə Azərbaycanın xalq artistləri Yaqub Zurufçu, qarmon ustası Avtandil İsrafilov, tanınmış estrada ulduzları Röya Ayxan, müğənni-rejissor Fuad Dadaşov, Moskvada fəaliyyət göstərən Azərbaycan Dərviş Teatrının aktyoru Şirzad Pirallahi iştirak ediblər.
Konsert xeyriyyə xarakterli olmaqla bu ilin yayında Güney Azərbaycanda baş vermiş təbii fəlakətdən zərər çəkənlərə yardım məqsədi daşıyıb.

Oxşar yazılar

Tanınmış yazıçı vəfat etdi
14 avqust 2025 , 18:29
Prezidentdən Afaq Bəşirqızı ilə bağlı SƏRƏNCAM
14 avqust 2025 , 13:15
Şair Kəramət Şükürov küçədə ölü tapıldı - YENİLƏNİB
13 avqust 2025 , 23:12
Məmməd İsmayıl palataya köçürüldü - YENİLƏNİB
13 avqust 2025 , 22:37
Şəmistan Əlizamanlının yeni marşı çıxdı -VİDEO
13 avqust 2025 , 13:49"... şərtləri qəbul edərlərsə, gələrəm" - Cahangir Novruzovla MÜSAHİBƏ
11 avqust 2025 , 13:03
AYB-dən İlham Əliyevə məktub
11 avqust 2025 , 12:31