“Kremli yox edəcəm...”
03 dekabr 2012 19:21 (UTC +04:00)

“Kremli yox edəcəm...”

Bu gün Fontainebleau Auksion Evində Fransa imperatoru Napoleon Bonapartın çöküşünün başladığı məşhur Moskva səfərində qələmə aldığı şifrəli məktub satışa çıxarılıb.
Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, məktub gözlənildiyindən yüksək qiymətə -243 min dollara satılıb.
Fransa inqilabından sonra Avropanın böyük qismini işğal edən Napoleon Bonapart bu məktubu Rusiya səfəri zamanı, 20 oktyabr 1812-ci ildə Parisə yazıb. Napoleon Bonapart məktubunda yazıb ki, oktyabrın 22-də səhər saat 3-də Kremli yox edəcək.
Qeyd edək ki, Napoleon Bonapart 600 min əsgərlə çıxdığı Rusiya səfəri zamanı Moskvanı fəth etsə də, soyuq hava və qida çatışmazlığı səbəbindən ciddi itkilərə məruz qalıb. O, Moskvada bir sıra dövlət binalarını yandıraraq geri çəkilmək məcburiyyətində qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1657

Oxşar yazılar