Azərbaycan “Junior Eurovision”da mübarizəyə ilk dəfə qoşulub
Bir neçə saatdan sonra Niderlandın paytaxtı Amsterdamda “Junior Eurovision Song Contest - 2012” mahnı müsabiqəsinin qalibi müəyyən olunacaq.
APA-nın Amsterdama ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu il Azərbaycan sözügedən müsabiqədə ilk dəfə təmsil olunur.
Hazırda şounun keçiriləcəyi “Heineken Music Hall”da 13 ölkədə yayımlanacaq şouya hazırlıq gedir. Azərbaycan təmsilçiləri Ömər Sultanov və Suada Ələkbərova həyəcanla axşamkı çıxışa hazırlaşırlar.
Şouya qədər iki əsas məşq, o cümlədən münsiflərin ölkə təmsilçilərini qiymətləndirdiyi həlledici məşq keçirilib. Bu gün Bakı vaxtı saat 00:00-da başlayacaq “Junior Eurovision 2012” İctimai Televiziya ilə canlı yayımlanacaq. Müsabiqə qalibi 50% münsiflər və 50% tamaşaçı səsverməsi ilə müəyyən olunacaq. Bu il müsabiqə 12 ölkə - Azərbaycan, Albaniya, İsveç, Belarus, Belçika, Rusiya, İsrail, Ukrayna, Gürcüstan. Moldova, Niderland və Ermənistan təmsil olunur. Azərbaycan təmsilçiləri favoritlər sırasındadır. Ömər və Suada “Junior Eurovision” səhnəsinə üçüncü çıxacaq.

1343