YUNESKO-dan Nizami Gəncəvinin yubileyi ilə bağlı bəyanat
YUNESKO-nun baş direktoru İrina Bokovanın Nizami Gəncəvinin 870 illik yubileyi bəyanatla çıxış edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bəyanatda deyilir: “Dahi şair və mütəfəkkir Nizami Gəncəvi ümumbəşəri dəyərə malik bir alimdir. Bu il onun 870 illik yubileyinin keçirilməsi mədəniyyətlərarası dialoqa bir çağırışdır və YUNESKO təşkilatı bu yubileydə iştirakdan çox böyük şərəf hissi duyur. Nizami yaradıcılığı bəşəriyyətin müxtəlifliyini, bilik və kamillik yolu ilə zamanın axarını dəyişməyə çalışmasını təbliğ edir, ləyaqətli, ədalətli və ahəngdar bir cəmiyyətə səsləyir. Onun əsərləri mədəniyyətin xalqlar arasında körpü salmasını və ictimai şüuru təcəssüm etdirir. Hələ o dövrlərdə Gəncə şəhərinin kitabxanalarında, Nizami İslam dünyasının hər bir tərəfindən olan əsərləri-tərcümələr, qədim əsərlərin təfsirləri, müxtəlif dillərdə olan poemalar və elmi işləri əldə edə bilirdi. XII əsrdə olduğu kimi, bu günümüzdə də bu mədəni müxtəliflik bir imkan kimi hesab oluna bilər. Mədəniyyətlərin yaxınlaşmasına öz töhfəmizi vermək üçün mədəni, eyni zamanda mövcud bilik mübadiləsini genişləndirməklə birgə işləyə bilərik.
Heç şübhəsiz Nizaminin ədəbi irsi Azərbaycan, Mərkəzi Asiya və digər ölkələrdə insanların həyatına çox böyük təsir göstərib. "Ruhumu sevgiyə qərq edin" humanist çağırışı yaşadığımız qeyri-müəyyən zaman üçün bir ilhamdır. Bu çağırış, "sülh müdafiəsi xanımların və kişilərin şüurlarında qurulmalıdır" kimi YUNESKO-nun yaradılma konsepsiyasını özündə əks etdirir. Bu xüsusda, Nizami irsinin və xatirəsinin əbədiləşdirilməsi ilə bağlı Azərbaycanın dövlət qurumlarının və Gəncə şəhərinin səylərini ürəkdən alqışlayıram”.

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06