Məşhur amerikalı aktyor Bakıda pərəstişkarları ilə görüşdü
Lent.az-ın məlumatına görə, aktyorla görüşmək istəyən xeyli pərəstişkarı tədbirə qatılıb.
Pərəstişkarlarına olduqca diqqətli yanaşan Devis onlarla səmimi söhbət edib, şəkil çəkdirib. Görüşdə şirkət tərəfindən məşhur aktyora İsveçrə markası olan “Omega Seamaster” kolleksiyasından saat hədiyyə edilib. Heç vaxt belə bahalı hədiyyə almadığını deyən aktyor bundan məmnun qaldığını söyləyib.
Daha sonra jurnalistlərə müsahibə verən aktyor Azərbaycanda gözəl səyahət keçirdiyini deyib. Aktyor bildirib ki, ölkəmizdə çoxlu sayda fantlarının olmasına çox sevinir: “Sevinirəm ki, çoxlu sayda insan mənim çəkildiyim serialı bəyənib. Məni görmək üçün bura gəliblər. Aktyor üçün bundan sevindirici hal ola bilməz”.
Aktyor şəhərin gözəlliyindən, Bakının qədim və modern tikililərindən danışıb, ölkəmizin sürətli inkişaf etdiyini deyib. O, Bakıda Şərq və Qərb elementlərini özündə birləşdirən memarlıq nümunələrinə heyran qaldığını, həm qədim, həm də müasir arxitekturanın valehedici olduğunu vurğulayıb.
Məşhur aktyor şəhərdəki restoranların, Azərbaycan mətbəxinin, milli yeməklərin çox gözəl olduğunu, insanların mehriban və qayğıkeşliyindən, enerjili olmasından da danışıb.
Bakıda yerli aktyorlara ustad dərsləri keçən Devis bildirib ki, o, bir neçə gün ərzində Amerika kino məktəbinin müəyyən sirlərini aktyorlarımızla bölüşüb: “Aktyorlarınız olduqca peşəkardır. İki həftə birlikdə olduq və son olaraq sizinlə görüşmək istədim. Amma belə qərara gəldim ki, bu son deyil, başlanğıcdır. Mən özüm də sizdən çox şey öyrəndim və özüm üçün aktyorluq missiyamı dərk etdim və bunu davam etdirmək fikrindəyəm".
Qeyd edək ki, "Bakı Film" kinostudiyasının dəvəti ilə "Ağabəyovlar" serialının təqdimat mərasiminə qatılan məşhur aktyorun səfərindən yararlanan aktyorlara sertifikatlar təqdim edilib. Leyn Devisin iki həftə davam edən master-klasslarına "Ağabəyovlar" serialının aktyorları qatılmaq şansı qazanıblar və bu məşğələlərdə ən azı 5 dəfə iştirak edən aktyorlar sertifikat əldə edə biliblər.
Xatırladaq ki, Tennesi Şekspir festivalının bədii rəhbəri olan Leyn Hant Devis “General Hospital”, “Days of our life”, “Dallas” və onu daha çox məşhurlaşdıran “Santa Barbara” seriallarında rol alıb. Məşhur aktyor “Santa Barbara” serialında Meyson Kepvil obrazını canlandırıb.
Jalə

Oxşar yazılar

Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34