Kopenhagendə Müslüm Maqomayevin xatirə gecəsi keçirilib - FOTO
Danimarka Krallığının paytaxtı Kopenhagen şəhərində dünya şöhrətli Azərbaycan müğənnisi Müslüm Maqomayevin xatirə gecəsi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, xatirə gecəsini uzun illər Müslüm Maqomayevlə dostluq etmiş Sergey Yevdokimov açaraq onunla bağlı xatirələrindən danışıb, müğənninin həyat və yaradıcılığı barədə məlumat verib.
Daha sonra Müslüm Maqomayevin yaradıcılığına dair video çarxlar nümayiş etdirilib. Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi tədbirin keçirilməsində zəhməti olan hər bir kəsə təşəkkürünü bildirib. Xatirə gecəsində Danimarkada yaşayan soydaşlarımızla yanaşı digər xalqların diasporlarının, həmçinin yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.

Oxşar yazılar

Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”
17 avqust 2025 , 13:34
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT
17 avqust 2025 , 12:01
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB
16 avqust 2025 , 19:19
Tanınmış yazıçı vəfat etdi
14 avqust 2025 , 18:29
Prezidentdən Afaq Bəşirqızı ilə bağlı SƏRƏNCAM
14 avqust 2025 , 13:15
Şair Kəramət Şükürov küçədə ölü tapıldı - YENİLƏNİB
13 avqust 2025 , 23:12
Məmməd İsmayıl palataya köçürüldü - YENİLƏNİB
13 avqust 2025 , 22:37