Azərbaycanlı vokalçının Almaniyada yeni albomu çıxıb - FOTO
Azərbaycan Teleradiosunun musiqi kollektivlərinin bədii rəhbəri, tanınmış vokalçı Ramil Qasımovun Almaniyada yeni CD albomu işıq üzü görüb. Lent.az-ın məlumatına görə, “Azərbaycanım” adlı albomda Ramil Qasımovun ifasında Azərbaycanın dünya şöhrətli bəstəkarların əsərləri yer alıb. Albom Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə açılır. Eyni zamanda bu topluda “Sənsiz”, “Sevgili canan” (Üzeyir Hacıbəyli, Nizami Gəncəvi), “Azərbaycan” (Müslüm Maqomayev), “Vətən qədər ucalar” (Şəfiqə Axundova, Bəxtiyar Vahabzadə), “Sahilə gəl” (Vasif Adıgövəlov, Mikayıl Müşfiq), “Sevgilim” (Tofiq Quliyev, Zeynal Cabbarzadə), “Həsrət nəğməsi” (Eldar Mansurov, İsmayıl Dadaşov), “Lay-lay” (Cahangir Cahangirov, İslam Səfərli), “Qurban olduğum” (Hacı Xanməmmədov, Mikayıl Müşfiq), “Koroğlunun ariyası” (Üzeyir Hacıbəyli), “İlhamlı günləri Azərbaycanın” (Azad Zahid, Abdulla Qurbani), “My way” (Frenk Sinatra) və digər sevilən musiqilər yer alıb.
Ramil Qasımov bildirib ki, bu diskin Azərbaycanla yanaşı, Almaniyada da satışı olacaq.
Vokalçı növbəti iki albom üzərində işlədiyini də açıqlayıb. R.Qasımovun hazırda üzərində işlədiyi növbəti disk sentyabrın 18-də, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olduğu gün işıq üzü görəcək: “Bu disk Azərbaycan klassik musiqisinin banisi dahi Üzeyir Hacıbəylinin əsərlərindən ibarət olacaq. Albomda Üzeyir bəyin “Arşın mal alan” operettasından tutmuş, “O olmasın, bu olsun”, “Koroğlu” operasından parçalar, görkəmli bəstəkarımızın vətənpərvərlik mövzusunda olan parçaları yer alacaq”.
Daha bir yeniliyi bölüşən Musiqi kollektivlərinin bədii rəhbəri deyib ki, Üzeyir Hacıbəylinin anadan olmasının 127 illiyi ilə əlaqədar olaraq musiqi kollektivlərinin ifasında Üzeyir bəy və Müslüm Maqomayevin əsərlərindən ibarət böyük bir tele-konsert proqramına hazırlanılır. Eyni zamanda gənclərlə birgə “Arşın mal alan” operettasının radio versiyası da hazırlanır.

Oxşar yazılar
Cek Londonun həyat və müdrikliklə bağlı 7 fikiri
10 aprel 2025 , 18:53
Zəhərli sevgi mövzusunda 7 film - VİDEO
9 aprel 2025 , 19:59Niyə susmaq bir sənətdir? Götedən sükutun gücü haqqında SİTATLAR
9 aprel 2025 , 19:33
Ailəmi dolandırmalıyam, ona görə də “daş” daşıyıram - Orxan Fikrətoğlu
9 aprel 2025 , 16:26
Əfsanəvi müğənni yaralı halda səhnədə: digərinin alnından vurublar
9 aprel 2025 , 10:50
Əzizağa Quliyev vəfat etdi
8 aprel 2025 , 23:03
Xarici görünüşlərinə görə rollarından məhrum edilən Hollivud aktrisaları
8 aprel 2025 , 19:57