Azərbaycan Kaliforniya festivalında uğurla təmsil olunub
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyi ilə quraşdırılmış Azərbaycan stendində ölkəmizə dair müxtəlif məlumat kitabçaları, turist xəritələri, suvenirlər və kiçik xalçalar sərgilənib. Festival iştirakçıları tərəfindən ən çox ziyarət olunan stenddə, həmçinin, Azərbaycan nar şirəsi qonaqlara təqdim olunub. Artıq bir müddətdən bəri Kaliforniyanın yüzlərlə dükanında uğurla satışı həyata keçirilən, birbaşa Azərbaycandan idxal edilən nar şirəsi festival iştirakçıları tərəfindən çox bəyənilib.
Festivalda çıxış edən mahir kamança ustası İmamyar Həsənov ifa etdiyi Azərbaycan musiqisi nümunələri ilə tamaşaçıları riqqətə gətirib.
Daha sonra vaxtilə üç il Azərbaycanda yaşamış, hazırda Monterey şəhərində təhsil alan amerikalı tələbə Mayka Land çıxış edərək, Azərbaycanın nailiyyətləri, zəngin tarixi və mədəniyyəti, azərbaycanlıların yüksək qonaqpərvərlik və dözümlülük ənənələri barədə öz təəssüratlarını bölüşüb.
Xatırladaq ki, Monterey şəhəri 2011-ci ildən etibarən Lənkəran şəhəri ilə qardaşlaşmış şəhərdir.

Oxşar yazılar

Ancelina Colinin az tanınan maraqlı filmləri
7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz 5 film -VİDEO
5 iyun 2025 , 19:07
“Sən nə vaxt sənətkar oldun?” – Vahid Əliyev Röyanı TƏNQİD ETDİ
5 iyun 2025 , 14:12
Ancelina Coli 50 yaşında: Baxın, bu illər ərzində aktrisa necə dəyişib
4 iyun 2025 , 20:15
Maykl Ceksonun ölümündən iki gün əvvəl çəkilən VİDEOSU: pərəstişkarlarını şoka saldı
2 iyun 2025 , 19:59
Ən çox QAZANAN kino aktrisaları - SİYAHI
2 iyun 2025 , 17:01