Yuxuda pul görmək  nə mənaya gəlir?
01 aprel 2022 10:59 (UTC +04:00)

Yuxuda pul görmək nə mənaya gəlir?

Yuxu mücərrəd bir anlayışdır. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosoflar və elm adamları bununla bağlı çox araşdırma edir. Yuxuların mənasını müxtəlif yollarla izah edirlər. Belə deyilir ki, yuxu bizim ölümdən sonrakı həyatımızla da əlaqəlidir. 

Yuxularda bir çox şey görürük. Bunlardan biri də puldur. Yuxuda pul görmək fərqli tərəflərə yozulur.

Lent.az yuxuda pul  görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni sizə təqdim edir: 

Yuxuda pul görmək xeyirə yozulmur. Ancaq bu pulun növündən asılı olaraq dəyişə bilər. Gümüş pul yaxşı xəbərin, mis pul xeyirli işin çarçısıdır. Əskinazın qızıl növü isə qısqanclıq, dedi-qodu və paxıllığın əlamətidir. 

Bəzi mənbələrə görə, belə yuxular ətrafınızdakı iki üzlü insanların olmasına işarədir. Ancaq bu qədər narahat olmağa dəyməz. Çünki yuxuda pul görmək bəzən də gələcəkdə qazanacağınız var-dövlətə işarədir. Belə olan halda yuxu görən adamın maddi vəziyyəti yaxşılaşa və sıxıntılarından xilas ola bilər. 

Yuxuda çox pul qazandığınızı görmək mənəvi cəhətdən zənginləşmənizə işarədir. Xəyal sahibinin lazımi vəzifələrin öhdəsindən gələrək mükafatlandırılacağını bildirir. Həmçinin bu yaxşı əxlaq və fəzilətlər nəticəsində çox pul qazanmaq, rahatlıqla bərabər tutulur. Bir yuxuda çox qazandığınızı görmək şəxsin evində sağlamlıq və xoşbəxtliyin davam edəcəyini göstərir. 

Əgər şəxs yuxuda pul tapırsa, bu barədə müsbət və mənfi yozmalar ortaya çıxır. Müsbət ifadələrə görə, bir xəyalda çox pul tapmaq insanın evlənəcəyinə və həyat yoldaşı ilə çox xoşbəxt bir həyat yaşayacağına işarədir. Yuxu sahibinin sevdiyi insandan yaxşı cavab alacağı və onu müsbət qarşılayacağı düşünülür. Yox, əgər həmin şəxs evlidirsə, o zaman övlad sahibi olacağı tərəfə yozulur.  

Mənfi ifadələrə görə, yuxuda pul tapmaq insanın birdən-birə yaxşı gəlir əldə edəcəyini, daha sonra isə iflas həddinə çatacağını göstərir. Bu, həmin şəxsin əlindəkilərinin qədrini bilmədiyini, itirdikdən sonra onların dəyərini dərk edəcəyinə işarədir. 

Yuxuda pul itirmək qısa çətinliklər və narahatlıqların əlamətidir, lakin bu çətinliklər balaca xəyallardan da yan keçməyəcəkdir. Bir yuxuda pul saymaq insanın ümid etdiyindən daha uğurlu olacağına işarədir. 

Əgər yuxunuzda pulunuz oğurlanırsa bu təhlükəli vəziyyətin yaşanacağına yozulur.

Üstündə müqəddəs ifadələr olan əskinazlar görmək şeirə verdiyiniz üstünlüyü göstərir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5988
avatar

Oxşar yazılar