Yer kürəsinin cəhənnəmdən xilas ediləcəyi  AÇIQLANDI
16 oktyabr 2023 15:21 (UTC +04:00)

Yer kürəsinin cəhənnəmdən xilas ediləcəyi AÇIQLANDI

Dünyanın ən böyük Beynəlxalq Enerji Agentliyinin (IEA) alimləri qlobal istiləşmənin qarşısını almaq üçün qalıq yanacaq mənbələrindən metan emissiyalarının azaldılması barədə xəbərdarlıq edirlər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar mövcud ucuz texnologiyaların istixana qazının emissiyalarını əhəmiyyətli dərəcədə azalda biləcəyini iddia edib.

Metan atmosferdə karbon dioksiddən daha az olsa da, qlobal istiləşməyə əhəmiyyətli töhfə verir və onun təxminən 30 faizini təşkil edir. Atmosferdə cəmi 10 il qalmasına baxmayaraq, metan enerjini karbon qazından çox daha sürətli udmaq qabiliyyətinə malikdir. Metan emissiyalarının azaldılması qısa müddətdə qlobal istiləşməni məhdudlaşdırmağın sürətli yolu kimi qiymətləndirilir ki, bu da öz növbəsində havanın keyfiyyətini yaxşılaşdıracaq.

Statistikalar göstərir ki, insan fəaliyyəti nəticəsində hasil edilən metanın təxminən 40%-i enerji sektorundan gəlir, lakin onu azaltmaq üçün səylər məhduddur. Buna görə də IEA qlobal istiləşməni 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üçün metan emissiyalarını dərhal azaltmağın vacibliyini vurğulayır.

Alimlər hesab edirlər ki, metan emissiyalarını azaltmaq üçün məqsədyönlü tədbirlər görülməsə, hətta qalıq yanacaq istifadəsinin əhəmiyyətli dərəcədə azalması ilə belə, əsrin ortalarına qədər Yer kürəsində orta temperaturun 1,6°C-dən çox olacağı ehtimal edilir.

Alimlər etiraf edirlər ki, bu strategiyalar uğurlu olsa belə, metan emissiyaları sıfıra endirilməyəcək. Bununla belə, bu, mühüm bir addımdır və onlar hesab edirlər ki, istixana qazı emissiyalarını azaltmaq üçün daha çox araşdırma və yeni strategiyalara ehtiyac olacaq.

# 2649
avatar

Fidan İlqar

Oxşar yazılar