Ulduzlar sistemində dördüncü yeri tutan Xərçəng bürcü təxminən iyunun 22-dən iyulun 22-nə qədər olan dövrü (31 günü) əhatə edir. Ayın idarə etdiyi, su qrupuna aid olan xərçəng bürcləri utancaq olmaqları ilə tanınır.
Bəs, ayrılıqda xərçəng bürcünün qadın nümayəndələrinin xarakteri necədir?
Lent.az onların xarakterlərini təqdim edir:
Sakit və emosional xərçəng bürcü qadınları insanlar tərəfindən tez-tez qayğı görməyi sevir. Onlar çox vaxt qarışıq hisslər keçirməkləri ilə tanınır. Belə anlarda onları başa düşmək çətin olur.
Xərçəng bürcü qadınları çox romantik və bir o qədər də kövrək ruhludurlar. Çox vaxt keçmişə bağlı qalıb, ondan qopa bilmirlər. Ürəklərinin qapılarını açmaqda çətinlik çəkirlər.
Bu bürcün qadın nümayəndələrinin sevgi dolu olması müsbət xüsusiyyətlərindəndir. Onlar hər şeyi, hər kəsi, ən əsas da yaşamağı, əylənməyi sevirlər. Xəsis deyillər, çox əliaçıqdırlar. Qiybəti sevmirlər. Onlara hər şeyi danışmaq olar. Sirr saxlayandırlar. Dostlarına və seçdiyi kişiyə qarşı etibarlıdır. Qarşı tərəfdən də eyni münasibəti gözləyirlər.
Xərçəng qadınlarının mənfi xarakteri dedikdə əsasən onların çox emosional və melaxolik xarakterdə olmaları ağla gəlir. Birinə çox gec güvənirlər. Bəzən bu güvənsizlik qarşı tərəfi bezdirir və münasibətin bitməyinə gətirib çıxardır.
Xərçəng qadınları məyusluqdan çox qorxduqları üçün özlərini asanlıqla qarşı tərəfə təslim etmirlər. Onlar aldadılmağı qətiyyən qəbul etmirlər. Ömür boyu xoşbəxt olacaqları bir evlilik arzulayırlar.
Xərçəng bürcü qadınları iş həyatında hər nə qədər müvəffəqiyyətli olmaq istəsələr də, buna qarşı çox da böyük iradələri yoxdur. Adətən çox sevdikləri işlərdə xoşbəxt olurlar. Bundan əlavə, bu bürcün nümayəndələri əsasən ofis işlərini xoşlayırlar. Xərçənglər zehni qabiliyyət və səy az tələb olunan peşələrə üstünlük verirlər. Onlar çox vaxt özlərini istismar etməyə imkan verirlər. Bəzən işlərində layiq olduqları mükafatı istəməyə və almağa "hövsələləri" çatmır.