Xatirələr təkcə beyində saxlaılnmır - Araşdırma
11 noyabr 2024 02:00 (UTC +04:00)

Xatirələr təkcə beyində saxlaılnmır - Araşdırma

ABŞ-da aparılan yeni bir araşdırma insan beyni kimi böyrək və sinir toxuması hüceyrələrinin də xatirələri saxlaya bildiyini üzə çıxarıb.

Lent.az xəbər verir ki, tədqiqatçılar beyindən başqa hansı orqanların xatirələri saxlaya biləcəyini müəyyən etmək üçün araşdırma aparıblar.

Müəyyən edilib ki, xatirələr təkcə beyində deyil, həm də bədənin müxtəlif yerlərində saxlanılır.

Alimlər sinir toxumasından və böyrəklərdən alınan hüceyrələrin beyin hüceyrələri arasında mesaj daşıyan neyrotransmitter adlanan kimyəvi maddələr kimi müxtəlif kimyəvi maddələrə necə reaksiya verdiyini araşdırıblar.

Bu hüceyrələr müəyyən bir müddət ərzində müxtəlif kimyəvi siqnallara məruz qalıblar və “yaddaş saxlama geni”nin nə vaxt aktivləşəcəyi üzərində müşahidə aparılıb.

Məlum olub ki, müəyyən bir müddət ərzində müxtəlif kimyəvi siqnallar alan bu hüceyrələr, beyin hüceyrələrinin xatirələri saxlamaq üçün davranışlarını göstərən yaddaş saxlama genini aktivləşdirir.

Beləliklə mütəxəssislər öyrənmə və xatirələri saxlamaq qabiliyyətinin ümumiyyətlə beyin və beyin hüceyrələri ilə əlaqəli olduğunu, lakin bu bədənin digər hüceyrələrinin də eyni şeyi edə biləcəyini kəşf edib.

Alimlər bildiriblər ki, tədqiqat yaddaşın necə işlədiyini anlamaq və yaddaş problemlərini müalicə etmək üçün yeni imkanlar təqdim edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1401
avatar

Oxşar yazılar