Vəhşi heyvanların ən gülməli şəkilləri -  FOTOLENT
17 noyabr 2021 19:58 (UTC +04:00)

Vəhşi heyvanların ən gülməli şəkilləri - FOTOLENT

Əgər bir az əhval-ruhiyyənizi qaldırmaq lazımdırsa, deməli, bunun üçün bir səbəbimiz var.

Lent.az xarici mediaya istinadla bildirir ki, Comedy Wildlife Photography Awards foto müsabiqəsinin münsiflər heyəti 2021-ci ilin finalçılarını müəyyənləşdirib. 

Bu o deməkdir ki, siz sonsuz vəhşi təbiətin ən gülməli fotoşəkillərinə baxa bilərsiniz.

Bu ilin qalibi “Auç” adlı işinə görə fotoqraf Ken Censen olub. O, Çinin Yunnan əyalətinin Lonşen dərəsində Xun çayını keçən körpüdə meymunun maraqlı fotosunu çəkib.

Daha doğrusu, meymun dayaq kabellərindən birində oturarkən təcavüz hərəkəti nümayiş etdirib. Amma fotoya baxın bunu deyə bilməzsən.

Şəkil Censenin 2016-cı ildə Çində ailəvi tətili zamanı çəkilib. Müəllif özü etiraf edib ki, müsabiqədə iştirak edən digər 7000 əsər arasında ən yaxşısı məhz onun əsəri olduğuna görə çox sevinir.

Yer planetində yaşayan ən gözəl heyvanların gülməli kadrlarından həzz alın.

# 5046
avatar

Oxşar yazılar