ÜST-dən YENİ QƏRAR:  Koronavirusun yeni ştammlarına bürc adları veriləcək
10 avqust 2021 12:00 (UTC +04:00)

ÜST-dən YENİ QƏRAR: Koronavirusun yeni ştammlarına bürc adları veriləcək

Koronavirusun yeni ştammlarının işarələnməsi üçün bürc adlarından istifadə oluna bilər. 

Lent.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerxove “The Daily Telegraph” qəzetinə verdiyi müsahibəsində bildirib. O, buna səbəb kimi yunan hərflərinin kifayət etməyəcəyini göstərib.

Mariya Kerxovenin sözlərinə görə, gələcəkdə virusun mutasiyaları səbəbi ilə yunan əlifbasının 24 hərfi maraq və ya narahatlıq doğuran yeni növlərinin işarələnməsi üçün yetərli olmaya bilər.

ÜST eksperti əlavə edib ki, virusun yeni növlərinin növbəti adları üzrə qərar nisbətən yaxın zamanda elan olunacaq. O, hazırda virusların təkamülü üzrə işçi qrupunun və

ÜST-ün hüquqşünaslar qrupu adların "heç kəsi üzməyəcəyinə" əmin olmaq üçün təklifləri iki dəfə yoxladıqlarını dəqiqləşdirib.

Qeyd edək ki, may ayında ÜST, COVID-19-a səbəb olan SARS-CoV-2 koronavirusunun ştammlarını yunan əlifbası hərfləri ilə işarə edəcəyini elan etmişdi. Təşkilat yeni sistemin sadə, yeni işarələrin tələffüz edilməsi və yadda saxlanılması üçün asan olacağını izah edib. Belə zərurət insanların virusun yeni növlərini onların aşkar edildiyi yer üzrə adlandırdıqları üçün yarandı, bu isə pisləmə və ya ayrı-seçkilik xarakter daşıya bilərdi. Bunun qarşısını almaq və ünsiyyəti yüngülləşdirmək üçün ÜST milli hakimiyyət orqanlarını və KİV-i yeni işarələrdən istifadə etməyə çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2832
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar