Şabranda kişi kimyəvi məhluldan zəhərlənib.
Lent.az-ın məlumatına görə, hadisə Uzunboyad kəndində baş verib.
Kənd sakini 48 yaşlı Ramil Məmmədhənif oğlu Məmmədov yaşadığı evdə kimyəvi məhlul içib. Xəstəxanaya yerləşdirilən zərərçəkən orada ölüb.
Faktla bağlı araşdırma aparılır.