Uşaqlarınızı bu 5 oyundan  uzaq tutun
24 oktyabr 2024 06:11 (UTC +04:00)

Uşaqlarınızı bu 5 oyundan uzaq tutun

Uşaqlar və gənclər arasında çox populyar olan oyunların çoxu, ciddi asılılıq yaradır.

Lent.az xəbər verir ki, bu oyunlar xüsusilə 13 yaşdan kiçik yaşa qədər uşaqlarda reallıq qavrayışını pozur. Hətta intihara səbəb ola biləcək bu oyunlar, sosiallaşmanın qarşısını aldığı üçün nitq pozuntusuna da səbəb olur.

13 yaşdan kiçik uşaqların mütləq şəkildə oynamaması lazım olan oyunlar bunlardır:

1- BRAWL STARS: Bu oyun uşaqlar arasında ən populyar oyunlardan biridir. Bu oyun son dərəcə asılılıq yaratmaqla yanaşı həm də şiddətin yüksək dozası var. Oyun gündəlik mükafat verdiyi üçün hər gün oynamağa, pul xərcləməyi təşviq edir. Oyunda bəzi səviyyələrə daha sürətli keçmək və ya bəzi simvolların daha tez olması üçün pul tələb olunur. Oyun həmçinin yuxu problemləri də yaradır

2- PUBG: Onlayn müharibə oyunu olduğu üçün uşağın zərərli insanlarla qarşılaşmaq riski çox yüksəkdir. Oyunun məqsədi oyuna daxil olan 100 nəfər arasında rəqiblərinizi məhv edərək ilk olmaqdır. Oyun həddindən artıq zorakılıq ehtiva edir.

3 - FORTNİTE: Oyunun proqramında söyüş elementləri və həddindən artıq zorakılıq olmadığı üçün ilk baxışdan zərərsiz görünə bilər. Bu oyunda da zərərli insanlarla qarşılaşmaq riski yüksəkdir və son dərəcə asılılıq yaradır. Oyun bir çox ölkədə valideynlər tərəfindən məhkəməyə verilib.

4- CLASH OF CLANS: Dünyanın ən populyar oyunlarından biridir. Oyunun vəhşilikləri təşviq etdiyinə görə İranda qadağan edilib. Həddindən artıq tez asılılıq yaradır.

5- LEAGUE OF LEGENDS: Qısacası, LOL kimi tanınan oyun, həm də uşaqlar kimi böyüklər arasında daolduqca populyardır. Çox ciddi asılılıq yaradır. Oyunda söyüş çoxdur. Zamanla sosiallıqdan uzaqlaşdırdığı üçün nitq pozğunluğuna səbəb ola bilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2649
avatar

Oxşar yazılar