Tısbağaların hansısa ərazidə necə yaşadığını öyrənmək üçün onları görmək vacibdir. Lakin insan gözü bu canlıları çox vaxt təbiətdə seçə bilmir.
Lent.az xəbər verir ki, ABŞ-ın Sent Lourens Universitetinin (SLU) Biomüxtəlifliyin Mühafizəsi Departamenti komandası xüsusi təlim keçmiş cins itdən istifadə etmək qərarına gəlib.
Kiçik yaşlarından güclü təlim-tərbiyə keçmiş 3 yaşlı Nyut qisa müddətdə təlimçilərin etimadını qazanıb. Nyut tısbağa gördükdə öz xüsusi davranışı ilə xəbər verir. Yerə yatan it canlılara toxunmur. Nyut daha əvvəl qurbağaları aşkar etməsi ilə məşhurlaşmışdı.
Universitet gələcəkdə tədqiqat işlərinə daha çox it cəlb etməyi düşünür.