20 il əvvəl Cənubi Afrikada çıxarılan 228,31 karatlıq armud formalı ağ almaz “Christie's” hərrac evində satışa çıxarılacaq.
Lent.az-ın məlumatlına görə, bu barədə sözügedən hərrac evindən bildirilib.
“The Rock” adlandırılan cilalanmış bu qiymətli daş indiyə qədər hərraca çıxarılan ən böyük ağ almazdır.
30 milyon dollara satılacağı gözlənilən almaz satılmamışdan öncə Dubayda nümayiş etdiriləcək. Daha sonra “The Rock” Nyu-York və Cenevrədə də sərgilənəcək və mayın 11-də hərraca çıxarılacaq.