Süni intellekt BƏŞƏRİYYƏTİ  öldürə bilər   - EKSPERTLƏR
02 iyun 2023 11:35 (UTC +04:00)

Süni intellekt BƏŞƏRİYYƏTİ öldürə bilər - EKSPERTLƏR

ABŞ-ın Süni İntellektual Təhlükəsizliyi Mərkəzi və digər ekspert qrupları süni intellekt texnologiyalarının inkişafının bəşəriyyətin yox olması təhlükəsi yaratdığı və belə ssenarinin qarşısını almaq üçün tədbirlər görülməli olduğu barədə xəbərdarlıq edib.

Lent.az xarici mediaya istinadla məlumat verir ki, xəbərdarlığa görə, bu ilin əvvəlində “Twitter”, “SpaceX” və “Tesla” şirkətlərinin sahibi İlon Mask və mindən çox tədqiqatçı və texnoloq süni intellekt inkişaf proqramlarının altı ay müddətinə dayandırılmasını tələb edən qərar imzalayıblar. Çünki onların fikrincə, süni intellektin bu dərəcədə inkişafı həm cəmiyyət və insanlıq üçün ciddi risk yaradır.  

Bununla yanaşı, ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri süni intellektin imkanlarının münasibətlərinin və düşüncə tərzinin məhvinə səbəb ola biləcəyi qənaətinə gəliblər. 

“Hər birimizin dərk etdiyi kimi reallıq subyektiv təcrübədir. Dil bizə bir prizma verir ki, onun vasitəsilə kainatı görürük. Dillərin yox olması bəşəriyyətin dünyanı tanıya biləcəyi prizmaların sayını azaldacaq. Süni intellektin axtardığı budur”, - alimlər bildirib.

# 1128
avatar

Sevinc Fərid

Oxşar yazılar