Sumqayıta uçan təyyarə yeyib-içməyin qurbanı olub - 46 il əvvəl baş verən aviaqəzanın TƏFƏRRÜATI  -FOTO
26 iyul 2022 02:10 (UTC +04:00)

Sumqayıta uçan təyyarə yeyib-içməyin qurbanı olub - 46 il əvvəl baş verən aviaqəzanın TƏFƏRRÜATI -FOTO

0

LENT.AZ AZƏRBAYCANLA BAĞLI TƏYYARƏ QƏZALARI SERİYASINDAN 21-Cİ YAZINI TƏQDİM EDİR.

Tarix: 20 yanvar 1976-cı il

Lent.az-ın xəbərinə görə, Hacıqabuldan Sumqayıta hərbi yük aparan An-8 tipli təyyarə normal hava şəraitində havaya qalxır. Həmin gün Abşeron yarımadasında hava soyuq olsa da, günəşli idi. Ekipaj ən geci yarım saata Nasosnıya (indiki Tağıyev qəsəbəsi) enməyi planlaşdırırdı. 

Heyət düşünürdü ki, həftə sonu olduğundan, həm də hava soyuq olduğu üçün yaxşı yeyib-içmək lazımdır. Lakin harada? Bakı, yoxsa Sumqayıt?

Şəhəri seçmək barədə qərara gələ bilməyən zabitlərə təyyarədəki praporşik (gizir) ideya verir: aerodroma bizdən sonra qırıcı ensə Bakı, yük təyyarəsi ensə Sumqayıt. Təklif mübahisəsiz qəbul olunur, lakin... 

Təxminən 10 dəqiqə sonra normal kreyser uçuşu vaxtı təyyarənin sağ qanadı qopur və maşın ştopor edərək (dövrə vuraraq) burnu üstə dağa çırpılır. 7 ekipaj üzvü həlak olur. Komissiya qanadın qırılmasının səbəbini aşkar edə bilmir. 

Xızı dağlarında həyatla vidalaşan hərbi pilotlardan dördü Moskva vilayətinin Klin şəhərində dəfn olunur. 

PS. Yeyib-içmək məsələsi müəllifin təxəyyülünün məhsulu olmayıb, rəsmi sənədlər əsasında hazırlanıb. Sovet arxivlərindəki sənədlərdə göstərilir ki, Hacıqabulda xidmət edən pilotlar Bakı və Sumqayıta gedərkən ilk işləri yeyib-içmək olub. Bu da şahid ifadələrində öz təsdiqini tapıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4763

Oxşar yazılar