Şir bürcü  kişilərinin xarakteri necədir?
06 oktyabr 2022 09:09 (UTC +04:00)

Şir bürcü kişilərinin xarakteri necədir?

Ulduzlar sistemində beşinci yeri tutan Şir bürcü təxminən iyulun 23-dən avqustun 22-nə qədər olan dövrü əhatə edir. Günəşin idarə etdiyi, od qrupuna aid olan şir bürcləri insanları asanlıqla təsiri altına almaqları ilə tanınır. 

Bəs, ayrılıqda şir bürcünün kişi nümayəndələrinin xarakteri necədir?

Lent.az onların xarakterlərini təqdim edir: 

Şir bürcü kişiləri mərd və əyləncəli xarakterləri ilə ön plana çıxır. Liderlik özəllikləri ilə bilinən bürcün nümayəndələri buna görə çox vaxt səhv anlaşılır. Şir bürcünün kişiləri özünə inam baxımından digər insanları geridə qoyur. Böyük özgüvənə sahib olan şirlər həmçinin xarici görünüşü ilə də diqqətləri öz üzərinə çəkməyi bacarır. 

Şir bürcü kişilərinin ən müsbət xüsusiyyətlərindən biri onların vicdanlı və ürəyiyumşaq olmaqlarıdır. Bürcün yardımsevər nümayəndələri insanlara kömək etmək, onların rahatlığını təmin etməyə istəklidirlər. Bununla yanaşı, onlar davamlı olaraq yeni şeylər kəşf etmək və öyrənməyə həvəslidirlər. 

Şir bürcü kişilərinin mənfi  xüsusiyyətləri arasında əsas yeri onların eqoist olmaları tutur. Maliyyə məsələlərində çox əliaçıqdırlar. Buna görə gələcək üçün investisiya qoymaq, pul yığmaq baxımdan çox da yaxşı deyillər. Rahatlıqlarını heç nəyə qurban vermirlər. 

Şir bürcü kişilərinin eşq həyatı aktivdir. Onlar qarşı cinsi asanlıqla heyran edə, özlərinə bağlaya bilirlər. Buna görə onlar münasibətlərdə qısqanc biri ilə birlikdə olmurlar. Sevgi münasibətlərində baş döndürən təsiri olan şir bürcü kişiləri, həqiqətən aşiq olmalıdır. 

Əgər şir bürcü kişisi qarşı tərəfə yaxınlaşmağı qərar veribsə, bunun qarşısını heç kəs ala bilməz. Xoşuna gələn qadını əldə etmək üçün bütün çəkiciliyi və enerjisini istifadə edərək istədiyinə nail olmağı bacarır. 

Şirlər iş həyatlarında da çalışqan olan bürclər arasındadır. Həm özünü, həm də ətrafdakı insanları yaxşı yaşatmaq üçün çox çalışır. Onlar əsasən ticarət, idarəetmə və beynəlxalq sektorlarda çox uğur qazanır. Ticarət işlərində çox bacarıqlı olduqlarını xüsusi qeyd etmək lazımdır. Onlar özlərini sübut etmək üçün əzmkardırlar. 
 

# 3339
avatar

Sevinc Fərid

Oxşar yazılar

İlin ən yaxşı vəhşi təbiət şəkilləri - FOTOLENT

İlin ən yaxşı vəhşi təbiət şəkilləri - FOTOLENT

2 dekabr 2022 , 11:45
Qadın uşağını yanğınsöndürən avtomobildə  dünyaya gətirdi

Qadın uşağını yanğınsöndürən avtomobildə dünyaya gətirdi

2 dekabr 2022 , 07:31
Şəxsiyyət vəsiqəsini dəyişmək istədi, “evli” olduğu üzə çıxdı

Şəxsiyyət vəsiqəsini dəyişmək istədi, “evli” olduğu üzə çıxdı

2 dekabr 2022 , 00:10
 Fermada böyüdü:   Moda jurnallarının siması oldu

Fermada böyüdü: Moda jurnallarının siması oldu

1 dekabr 2022 , 19:45
Bu ölkə  100 adasını SATIR:  100 min dollar depozit

Bu ölkə 100 adasını SATIR: 100 min dollar depozit

1 dekabr 2022 , 16:00
Yuxuda futbol görmək  nə vəd edir?

Yuxuda futbol görmək nə vəd edir?

1 dekabr 2022 , 09:09
Narı yedikdən sonra  qabığını atmayın

Narı yedikdən sonra qabığını atmayın

30 noyabr 2022 , 16:10
Küçə işıqlarının diabet insanlara BİLMƏDİYİMİZ TƏSİRLƏRİ

Küçə işıqlarının diabet insanlara BİLMƏDİYİMİZ TƏSİRLƏRİ

30 noyabr 2022 , 09:54