Simpsonların 2025-ci il  proqnozu gerçəkləşdi:   4 ölkə  qaranlığa   qərq oldu
18 mart 2025 20:15 (UTC +04:00)

Simpsonların 2025-ci il proqnozu gerçəkləşdi: 4 ölkə qaranlığa qərq oldu

Dünyanın ən çox baxılan cizgi filmlərindən biri olan və izləyiciləri tərəfindən “peyğəmbərlik aləti” olaraq görülən “Simpsonlar” 2025-ci ildə dünyanın qaranlığa qərq olacağını proqnozlaşdırmışdı. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, ilin ilk 3 ayında 4 ölkə qaranlığa qərq olduğu üçün məşhur serialın proqnozu az qala gerçəkləşib. 

Dünya tarixinin ən uzun sürən seriallarından biri olan “Simpsonlar” bir çox proqnozların gerçəkləşməsi ilə manşetlərə çevrilib və 2025-ci ilə dair proqnozları az qala gerçəkləşib. 

1998-ci il "Sprinqfildin son günü" epizodunda da şəhərin qəflətən gücünü itirdiyi və qaranlığa qərq olduğu bir ssenari var. 1998-ci ildə çəkilmiş və "elektrik enerjisindən məhrumiyyət" mövzusundan bəhs edən epizodda təqvimlər 2025-ci ili göstərir

4 ölkə qaramlığa qərq oldu 

İnternetdə yayılan epizod əsasında 2025-ci ilin elektrik kəsilməsi ili olması ilə bağlı sui-qəsd nəzəriyyələri yaradılsa da, ilk 3 ayda 4 ölkə artıq qaranlığa qərq olub.

22 milyon insane 24 saatdan çox elektriksiz qalıb

2025-ci ilin ilk üç ayında qaranlığa ilk qərq olan Amerika və Asiya ölkələri olub. Fevralın 9-da Şri-Lankada meymunun transformatora girməsi nəticəsində ölkə işıqsız qalıb. 22 milyon insanın 24 saatdan çox işıqsız qaldığı hadisə sosial mediada böyük əks-səda doğurub.

Çili, Kuba və Panama

Fevralın 26-da Çilidə elektrik enerjisinin kəsilməsi ölkəni qaranlığa qərq edib. Martın 15-də Kubada elektrik enerjisi kəsilib. Milli elektrik sistemi çöküb və Havana küçələri yalnız generatorların köməyi ilə işıqlandırılıb.

Mərkəzi Amerika ölkəsi Panama son qaranlığı yaşayıb. Martın 17-də Panamada elektrik stansiyasında transformatorun partlaması nəticəsində ölkənin böyük bir hissəsi işıqsız qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 572

Oxşar yazılar