Dünyanın 1 nömrəli gündəminə çevrilən Rusiya və Ukrayna müharibəsi futbol dünyasını da yaxından vurub.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Putinə yaxınlığı ilə tanınan “Çelsi”nin sahibi Roman Abramoviçin yeni sevgisi İngiltərə mətbuatının gündəminə çevrilib.
Rusiya ilə Ukrayna arasındakı gərginlik bir çox ölkənin gündəmində olsa da, böhran bütün sektorlara yaxından təsir edib. İki ölkə arasında gedən müharibə səbəbindən idman dünyası Rusiyaya qarşı çox sərt münasibət sərgiləyib.
FİFA və UEFA bir çox sanksiya tətbiq edərkən, Rusiya lideri Putinə yaxınlığı ilə tanınan Premyer Liqa komandalarından “Çelsi”nin sahibi Roman Abramoviç də bu sərt sanksiyalardan öz payını alıb. Böyük Britaniyaya girişi ilk dəfə qadağan edilən rusiyalı milyarderə bir çox sponsorlar da təpki göstərib. Böhrandan sonra bağlanan reklam müqavilələri ləğv edilib.
Bu olaylar dünya gündəmini zəbt edərkən, rusiyalı milyarder Abramoviçlə bağlı bir xəbər də gündəmə gəlib.
"Çelsi" klubunun sahibliyindən ayrılan rusiyalı milyarder Roman Abramoviçin Ukrayna əsilli gözələ vurulduğu iddia edilir. Britaniyanın "The Sun" qəzetinin xəbərinə görə, zəngin iş adamı ailəsi ukraynalı olan televiziya ulduzu Aleksandra Korendyukla gizli görüşür.
Rusiyalı köşə yazarı Bojena Rınska deyib: “Roman Abramoviçin yeni sevgilisi çox maraqlıdır. İlin əvvəlindən oliqarxın Aleksandra ürəyini verməsi ilə bağlı şayiələr yayılmağa başlayıb”.
Müəllif həmçinin “Hazırda qız haqqında çox az məlumat var. Onun musiqi sənayesi şirkətinin yaradıcısı olduğu bildirilir. O, aktyorluqda da şansını sınayıb”, - iddiasını da qeyd edib.
Mənbənin sitat gətirdiyi kimi, Abramoviçin müharibəyə görə sanksiyaya məruz qaldığı zaman Ukrayna əsilli bir qızla əlaqə saxlaması ironikdir. Region ekspertləri qızın soyadının onun ukraynalı köklərini ortaya qoyduğunu qeyd ediblər.