Ulduzlar sistemində beşinci yeri tutan Qız bürcü təxminən avqustun 24-dən sentyabrın 23-ə qədər olan dövrü əhatə edir. Merkurinin idarə etdiyi, torpaq qrupuna aid olan qız bürcləri nizamlı və diqqətli olmaqları ilə bilinir.
Bəs, ayrılıqda qız bürcünün kişi nümayəndələrinin xarakteri necədir?
Lent.az onların xarakterlərini təqdim edir:
Qız bürcü kişilərinin ən çox önəm verdikləri şeylərdən biri təmizlikdir. Hər şeyə qarşı çox vasvasıdırlar. Onlar həmişə planlaşdırdıqları bir işi uğurlu sona çatdırmaq üçün çox çalışırlar.
Qız bürcü kişiləri çox mehriban insanlardır. Onlar təmtəraqlı həyatdan uzaq olmağı sevir. Eyni zamanda Qız bürcü kişilərinin intizam hissi yaxşı inkişaf edib. Bu bürcün kişiləri çox diqqətli və mütəşəkkildirlər.
Onların əsas müsbət tərəfləri ehtiyatlı olmaqlarıdır. Qız bürcü kişilərinin həyatı həmişə qaydasındadır. Sürprizləri sevməyən Qız bürcləri etdiyi hər şeyin müəyyən bir ardıcıllıqla davam etməsini istəyir. Hər şeyi planlı şəkildə həyata keçirən bu bürclərin kişi nümayəndələri praktik insanlardır. Onlar düşdükləri mühitdə digərlərindən iti zəkaları ilə fərqlənirlər.
Qız bürcü kişilərinin mənfi cəhətlərindən biri münasibətlərdə nəzarətin daim özlərində olmasını istəmələridir. Bəzən ifrat dərəcədə intizamlı olmaları yaxınları tərəfindən xoş qarşılanmır. Hətta bu bezdirici hala belə gətirib çıxarır. Onlar səhv etməkdən qorxurlar. Hər şeyin yerində və düz olmasını istəyirlər. Çox səbirsizdirlər.
Qız bürcü kişiləri yaxşı çıxış qabiliyyətinə sahib insanları sevir. Onlar ünsiyyət qurmağı, ətrafında ağıllı, intellektual və sakit insanların olmasını istəyir. Bu bürcün kişi nümayəndələri münasibətlərində eşqdən çox məntiq axtarışındadırlar. Məntiq onlarda sevgidən əvvəl gəlir. Buna görə ciddi münasibətlərə çox gec keçid edirlər. Onlar sevdikləri qadına rasional davranırlar. Adətən qız bürcləri gec yaşda evlənirlər.
Qız bürcü kişiləri iş həyatında müvəffəqiyyətli insanlar olmaqları ilə tanınır. Dəqiq xarakterləri və analitik düşüncə tərzi ilə ən çox axtarılan işçilər sırasındadırlar. Onlar yüksək vəzifələrə gəlmək üçün daim əzmlə çalışırlar. İşləməkdən heç vaxt yorulmurlar.