ABŞ-da Şimali Karolina sakini portağal suyu almaq üçün yanacaqdoldurma məntəqəsindəki mağazaya girib və 250 min dollar varlanıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Kernersville şəhərində yanacaqdoldurma məntəqəsində dayanan bir qadın qəfildən lotereya oynamaq istəyib.
“Yanacaqdoldurma məntəqəsində idim və yeni biletlərin satışda olduğunu gördüm. Mən də onları sınamaq qərarına gəldim”, – amerikalı bildirib.
O, 20 dollara bilet alıb və qoruyucu təbəqəni siləndə udduğunu anlayıb. Qadın bu qələbənin ailəsinə çox kömək edəcəyini etiraf edib. “Bizim üçün bu, həyatı dəyişdirə biləcək bir məbləğdir. Bu, həqiqətən də çox ciddi köməkdir”, - qalib etiraf edib.