Parlamentə girmək üçün rejissor kişi yubka geyindi
10 iyul 2022 05:51 (UTC +04:00)

Parlamentə girmək üçün rejissor kişi yubka geyindi

0

Bu kuryoz Belçikada baş verib.

Lent.az-ın xəbərinə görə, yerli televiziya Valonya regionunun parlamentinin deputatından müsahibə almalı imiş.

Lakin parlament binasına gəldikdə mühafizə xidməti səs rejissorunu binaya buraxmır. Çünki qüvvədə olan normaya görə, şortikli kişilər bura buraxılmır.

Lakin problemdən çıxış yolunu operator qadın tapır: o, yubkasını rejissora verir, özü isə rejissorun şortikini geyinir. Məsələ həll olunur, müsahibə də artıq efirə gedib. Şortiklə bağlı müzakirə və rişxənd isə hələ də sosial şəbəkənin fransız, alman və holland seqmentlərində davam edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2777

Oxşar yazılar