Niyə pişiklər tozsorandan  qorxur?
06 iyul 2024 19:08 (UTC +04:00)

Niyə pişiklər tozsorandan qorxur?

Bir pişik üçün işləyən tozsorandan daha qorxulu bir şey yoxdur.

Lent.az xəbər verir ki, pişiklər tozsoranı otaqda görən kimi narahat olmağa başlayır. 

Belə hallar pişik üçün streslidir. Bəs, bunun səbəbi nədir? 

Səbəblər

Birinci səbəb oldur ki, pişiklər yüksək səsi sevmirlər. Təkcə işləyən güclü tozsoran heyvanı qorxudur, xüsusən də o qəfil işə salınırsa...

İkincisi, heyvan bir dəfə tozsorandan qorxsa, hər zaman ondan qorxacaq.

Üçüncüsü, pişik səs-küylü və anlaşılmaz bir cihazı şəxsi məkanına təcavüz edən aqressiv bir şey kimi qəbul edir.

Bəs, onları necə sakitləşdirmək olar? 

Əgər ev heyvanınız məişət texnikasından qorxursa, bu barədə heç nə etmək olmaz.

Yeganə ağlabatan fikir, təmizlik zamanı pişiyi səs-küydən ən az narahat olacağı yerdə gizlətməkdir. Alternativ həll robot tozsoran almaqdır. Məlumata görə, bəzi pişiklər onları oyuncaq kimi qəbul edirlər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4281
avatar

Sevinc Fərid

Oxşar yazılar