Niyə insanlar bir-birini tənqid etməyi  sevir?
06 iyun 2024 10:57 (UTC +04:00)

Niyə insanlar bir-birini tənqid etməyi sevir?

Gündəlik həyatımızda tez-tez tənqidlə qarşılaşırıq. Hətta bəzən təhqiredici sözlər belə eşidirik. Belə sözlər eşitmədikdə belə, “danışan” baxışları tuturuq. Təbii ki, çox vaxt tənqid olunan insanın özü də başqalarına qarşı belə davranır. Bəs, bizi başqalarını tənqid etməyə nə vadar edir? 

Lent.az xəbər verir ki, mütəxəssislər tənqidin əsas səbəbini araşdırıblar. 

Məlum olub ki, insanlar yalnız özlərinə rəqib gördükləri insanları qınayır. Bəzən biz bunu dərk etmirik. Özümüzü inandırırıq ki, biz şüuraltı olaraq onu rəqib kimi gördüyümüz üçün deyil, sadəcə qarşı tərəfin mənəvi dəyərlərin olmamasına görə tənqid edirik.

Buna görə də, belə xarakterli düşüncələr ortaya çıxanda, insanların bizə rəqib ola biləcəyinə niyə inandığımızı anlamağa çalışmalıyıq. Bundan sonra, əvvəllər bilmədiyiniz kompleksləri müəyyən etmək lazımdır. Bu çox faydalı təcrübə olacaq.

Bu zaman biz başqalarını tənqid etmək kimi lazımsız vərdişdən əl çəkəcəyik və hətta daha inamlı insanlar olacağıq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1524
avatar

Sevinc Fərid

Oxşar yazılar