Britaniyanın məşhur aktrisası və teleaparıcı Liza Ceyn Rayli xüsusi şorba və rəqs sayəsində 76 kiloqram arıqlayıb.
Lent.az Britaniya KİV-ə istinadən xəbər verir bu barədə o, özü danışıb.
Aktrisanın sözlərinə görə, böyük çəkiyə baxmayaraq, özünü həmişə xoşbəxt hiss edib. O, həyat tərzini dəyişmək və arıqlamaq qərarına görünüşünə nifrətdən deyil, sağlamlığını yaxşılaşdırmaq istəyindən gəlib.
Rayli etiraf edib ki, o, sərt diyetlərdən dərhal imtina edib, çünki onları effektiv hesab etmir. Bunun əvəzinə çörəyi və xəmirləri tamamilə kəsib, porsiyaların ölçüsünü azaldıb. Həmçinin, teleaparıcı axşam 18:30-dan sonra yeməyi dayandırıb.
Rayli eksperiment olaraq, hamilə dostlarına qoşularaq 9 ay ərzində spirtdən imtina edib və bu müddətdən sonra içkiyə həvəsinin azaldığını görüb.
Aktrisa əlavə edib ki, arıqlamaq üçün heç vaxt idman zalına getməyib, lakin xoşuna gələn musiqi janrını – zumbanı seçərək mütəmadi təqs edib. Rayli hər gün 7 saatlıq rəqs zamanı ağırlıq hiss etməmək üçün yalnız şorba yeyib.