Hindli qadın Sejal Şah yeni aldığı “Toyota” markalı avtomobilinin kondisionerini işlətməkdən vaz keçib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu ətraf mühitə zərər verməmək üçün etdiyini deyib.
Eyni zamanda, qadın günəşin qızmar istisindən qorunmaq üçün maşının şöl hissələrinə inək peyini yaxıb.
Şah yaşadığı evin də çöl divarlarını eyni şəkildə peyinlədiyini bildirib.