Marsa bahar gəldi:   Qırmızı planetdə qarın necə əridiyi göründü
23 mart 2022 19:36 (UTC +04:00)

Marsa bahar gəldi: Qırmızı planetdə qarın necə əridiyi göründü

0

NASA yazın gəldiyi və qum təpələrində qarın əriməyə başladığı Marsın şimal yarımkürəsinin səthinin yeni fotolarını yayımlayıb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, qışda qaranlıq qum təpələri ağ mövsümi buz təbəqəsi ilə örtülür. Təzə şəkillərdə təpələrin günəşli tərəfinin necə əriməyə başladığını görünür.
 

Parlaq qırov ləkələri aydın görünür və buz, su və karbon qazından ibarətdir. Qara qum zolaqları bəzən qırov ilə örtülmüş bir təpənin yamacından aşağı axır.
 
Bu axınlar yazda günəş qum təpələrini qızdırdıqda şaxtanın buzdan qaza sürətlə çevrilməsi nəticəsində yaranır”, - HiRISE komandasının üzvü yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2501

Oxşar yazılar