Futbol əfsanəsi Dieqo Maradonanın şəxsi əşyaları satışa çıxarılıb.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Maradona ailəsi borclarını qaytarmaq üçün bu addımı atıb.
Məlumata görə, ailə futbolçunun ölümündən sonra çətin günlər yaşayır. Onun övladları bu qərarı birlikdə verib.
Dekabrın 19-da onlayn keçiriləcək hərracda futbolçunun həyatını, xatirələrini əks etdirəcək əşyaları olacaq.