Makkuori Universitetinin avstraliyalı alimləri insanlar üçün ən böyük təhlükə yaradan böyük ağ köpəkbalıqlarını dəf etmək üçün zərərsiz üsul hazırlayıblar.
Lent.az xəbər verir ki, tədqiqatın nəticələri “Current Biology” (CurBio) elmi jurnalında dərc olunub.
Qeyd olunur ki, komanda əvvəllər ağ köpəkbalıqlarının şikarını tapmaq üçün görmə qabiliyyətinə güvəndiyini üzə çıxarıb.
Bu dəniz yırtıcıları kifayət qədər uzağı görən və az rəng görmə qabiliyyətinə malik olsalar da, siluetləri yaxşı aşkar edirlər.
Yeni layihədə alimlər bədəni parlaq fotofor zolaqları ilə örtülmüş miçman balığından ilhamlanıb. Bu cür rəngləmə heyvanın siluetinin formasını pozur.
Tədqiqatçılar texnologiyanı çoxlu böyük ağ köpək balığının yaşadığı Cənubi Afrikadakı Mossel körfəzində sınaqdan keçiriblər.
Mütəxəssislər yırtıcıları penoplast suiti fiqurları ilə şirnikləndirdilər və sonra silueti qırmaq üçün LED işıqlarından istifadə ediblər.
Testlər göstərbi ki, yemi şaquli işıq zolaqları ilə işıqlandırmaq köpəkbalıqlarını kifayət qədər çaşdırıb və onlar şikara hücum etməyə çalışmayıblar.