Kitab oxumaq ömrü uzadır?
04 iyul 2022 08:35 (UTC +04:00)

Kitab oxumaq ömrü uzadır?

ABŞ-ın Miçiqan Universitetinin əməkdaşları 12 illik tədqiqatın nəticələrini açıqlayıblar.

Lent.az-ın xəbərinə görə, araşdırmanın nəticəsi nüfuzlu elmi junlalda çap olunub.
Məqalədə göstərilir ki, əməkdaşlar kitab oxumağın insan həyatına təsirini öyrəniblər. Bu məqsədlə 3 qrup insan seçilib: oxumayanlar, az oxuyanlar və çox oxuyanlar.

12 il ərzində çox kitab oxuyanların digərlərindən 12-24 ay daha çox yaşadığı məlum olub. Kitab oxuyanların qəfil ölüm  riski də 20% az olub. 

Alimlərin fikrincə, kitab oxumaq insanı stresdən uzaqlaşdırır, ətraf aləmi dərketməsini yaxşılaşdırır. Bu 2 amil ömrün uzanmasına birbaşa təsir göstərir.

Tədqiqat zamanı elektron kitab oxuyanlar nəzərə alınmayıb. 
 

# 798
avatar

Oxşar yazılar