“İlon Mask  yadplanetlidir”   - Türkiyəli ekstrasensdən qəribə İDDİA
22 fevral 2024 14:06 (UTC +04:00)

“İlon Mask yadplanetlidir” - Türkiyəli ekstrasensdən qəribə İDDİA

Türkiyəli ekstrasens və astroloq Ceyda Yamanoğlu teleproqramlardan birində maraqlı iddia səsləndirib.

Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, o milyarder İlon Maskın yadplanetli olduğunu iddia edib.

“Evini axtarır. Bədəni insanı bədəni olsa da, ruhu bizdən deyil. Ona görə kosmosa, texnikaya bu qədər invetisiya yatırır. Geri dönmək üçün yollar axtarır. O insanlığa zərər vermir, bizim inkişafımız üçün  səy göstərir”, - ekstrasens bildirib.

Qeyd edək ki, İlon Maskın yadplanetli olması haqqında son illər dəfələrlə müxtəlif ölkələrin mediasında iddialar səsləndirilib.

2019-cu ildə Mask dünya rəhbərlərinin zirvə toplantısında “bəzi insanlar mənim yadplanetli olduğumu düşünr, bu doğru deyil” şəklində açıqlama versə də, 2021-ci ildə öz X hesabından bir xanımın “yadplanetlisiniz?” syualına “bəli” deyə cavab verməklə yenə fikirləri qarışdırımışdı.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3525
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar