İçkilər şüşə butulkalarda niyə daha dadlıdır? - Elmi izahı
02 sentyabr 2024 03:50 (UTC +04:00)

İçkilər şüşə butulkalarda niyə daha dadlıdır? - Elmi izahı

Plastik butulkalarda olan içkilərin dadının bir qədər fərqli olduğunu hiss etməmisiniz. Amma şüşə butulkadan içdiyiniz zaman fərqi mütləq hiss edəcəksiniz. Görək əslində bu vəziyyətin səbəbi nədir.

Lent.az xəbər verir ki, əgər dad hissi ilə bağlı həssaslığınız varsa alümini qablaşma, plastik və şüşə butulka arasında hər zaman cüzi də olsa dad fərqi hiss edirsiniz.

Sərinlədici içki şirkətləri iddia edirlər ki, qablaşdırılmasından asılı olmayaraq onların resepti dəyişmir. Amma bəzi insanlar şüşə və ya plastik butulkadakı içkilərin dadında fərqi hiss edirlər.

Bunun elmi səbəbi odur ki, plastik butulka şüşə və ya alüminium qablaşmadan daha çox CO2 keçiricidir. Yəni karbondioksid qazı plastik butulkadan daha sürətli xaric olur.

Bundan başqa plastik butulkalarda həmçinin içkiyə keçən və ona bir az plastik dadı verən asetaldehid astarı var.

Şüşə butulkadakı içki daha uzun müddət təzə qalır, çünki CO2-nin çıxması daha çətindir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 558
avatar

Oxşar yazılar