Həkimlərin insanların içində tapdığı ən qəribə əşyalar
02 dekabr 2023 16:46 (UTC +04:00)

Həkimlərin insanların içində tapdığı ən qəribə əşyalar

Bəzən yaxınlardan, tanışlardan, bəzən isə xəbərlərdə əməliyyat zamanı həkimlərin insanların içində qəribə əşyaların tapdığını eşidirik. 

Lent.az xəbər verir ki, çox vaxt tapılan əşyaların bəziləri həkimləri belə heyrətə salır. 

ABŞ İstehlakçı Məhsullarının Təhlükəsizliyi Komissiyasının (CPSC) məlumatlarına görə, indiyə qədər insan bədənində maqnitlər, şarj cihazları, konfet və hətta portağal qabığı parçaları tapılıb. 

Bildirilir ki, bu hallar çox vaxt qəsdən özünə xəsarət səbəbindən baş verir. Amerikada böyüklər arasında təxminən 278 min belə hal qeydə alınıb.

Mütəxəssislər belə hadisələrin tezliyinin təəccüblü olmadığını bildirir. Məlumata görə, qulaqlarda qol düymələri, konfet və dəftərxana ləvazimatları, burunda isə yemək qalıqlarından tutmuş oyuncaqlara qədər müxtəlif əşyalar aşkar edilir. Həm kişilərdə, həm də qadınlarda cinsiyyət orqanlarına müxtəlif əşyalar, məişət texnikası və məmulatları daxil etdikdən sonra həkimə müraciət halları da az deyil. 

Araşdırmalar göstərir ki, düz bağırsağa yad cisim daxil edilməsinin bu cür halları hər il minlərlə insanın xəstəxanaya yerləşdirilməsinə səbəb olur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7149
avatar

Sevinc Fərid

Oxşar yazılar