Hakerlər e-poçt vasitəsilə beysbol ulduzunun “Lamborghini”sini oğurladı
20 noyabr 2024 04:48 (UTC +04:00)

Hakerlər e-poçt vasitəsilə beysbol ulduzunun “Lamborghini”sini oğurladı

ABŞ-da hakerlər məşhur beysbolçu Kris Brayantın elektron poçtuna daxil olaraq onun “Lamborghini Huracan” idman avtomobilini oğurlayıblar.

Lent.az xəbər verir ki, bu barədə “Carscoops” məlumat yayıb.

“Colorado Rockies”də oynayan Brayant “Lamborghini”ni Nevada ştatının Las-Veqas şəhərinə aparmaq üçün nəqliyyat şirkətində qeydiyyatdan keçsə də, avtomobil təyinat yerinə çatmayıb.

Araşdırma zamanı polis müəyyən edib ki, logistika şirkətinin korporativ elektron poçtu hakerlər tərəfindən sındırılıb.

Hücum edənlər maşını Las-Veqasda başqa istiqamətə yönləndirə biliblər.

Nəhayət, təhlükəsizlik kameralarının görüntüləri araşdırıldıqdan sonra avtomobilin yeri müəyyən edilib.

Onu oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Polis idmançının “Lamborghini” markalı avtomobilinin oğurlanması ilə bağlı araşdırma zamanı daha iki oğurlanmış avtomobil, habelə saxta qeydiyyat sənədləri aşkar ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1548
avatar

Oxşar yazılar