Yerin təbii peyki olan Ay hər il ondan 3,82 sm uzaqlaşır. Bu da gələcəkdə Ay və Günəş tutulmalarının azalacağı fikrinin ortaya çıxmasına səbəb olur. Bəs bu fikir nə dərəcədə doğrudur?
Lent.az xəbər verir ki, məsələni Fransanın “Sciences et Avenir” elmi jurnalı araşıdırıb. Astronomlar bildiriblər ki. Yerlə Ay arasında hazırki məsafə təxminən 380 000 kilometrdir. 2 milyard il əvvəl 2 səma cismi bir-birinə daha yaxın idi və sutkanıln uzunluğu 18,68 saata bərabər idi.
Gün hər əsrdə 1,8 millisaniyə uzanır. Yəni 3,3 milyon ildən sonra sutkanın uzunluğu 24 saat 1 dəqiqə olacaq.
Ayın bizdən uzaqlaşması tutulma sayının da azalmasına səbəb olur. Təxminən 4,5 milyard il əvvəl Ay təxminən 22 500 km məsafədə idi və çox böyük görsənirdi. Tutulma vaxtı o Günəşi bütünlüklə örtürdü – yəni tam tutulma baş verirdi.
Fransız alimlərin hesablamasına görə, 620 milyon ildən sonra Yer yalnız öz oxu düzgün dövrə vurduğu halda Ayın uzaq olmasına rəğmən tutulma müşahidə olunacaq. Ayın hər il yerdən 3,82 sm uzaqlaşdığını nəzərə alsaq, 1,21 milyard il sonra o bizdən 402 346 km məsafədə olacaq və tutulmalar da yoxa çıxacaq.