"Forbes": Teylor Svift Rihannanı keçdi
08 oktyabr 2024 03:38 (UTC +04:00)

"Forbes": Teylor Svift Rihannanı keçdi

Müğənni Teylor Sviftin sərvəti 1,6 milyard dollara çatıb və bu, ona Rihannanı keçərək musiqi dünyasının ən varlı qadını olmağa imkan verib.

Lent.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

İfaçının sərvəti 2024-cü ildə Qızıl Qlobus mükafatını qazanan tammetrajlı filmin yaradılması üçün istifadə edilən altıncı konsert turu, “The Eras Tour” fonunda 2023-cü ilin oktyabrında 1 milyard həddinə çatıb.

Bu film qlobal kassada ən çox gəlir gətirən konsert filmi kimi Ginnesin Rekordlar Kitabına daxil edilib - onun kassa gəlirləri 250 milyon dolları ötüb.

Əvvəllər musiqinin ən varlı qadınları reytinqində birinci yeri tutan müğənni Rihannanın sərvəti hazırda 1,4 milyard dollardır.

ABŞ-da prezidentliyə namizəd Donald Tramp rəqibi Kamala Harrisi dəstəkləyən müğənni Teylor Sviftə nifrət etdiyini etiraf edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 354
avatar

Oxşar yazılar